Kolbasa və sosislərlə bağlı yeni siyahı təqdim ediləcək – AQTA

 

Bir neçə gün öncə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) növbəti dəfə kolbasalarla bağlı hesabat yayıb, orada təhlükəli və naməlum tərkibli kolbasa, sosislərin, həmin məhsulları istehsal edən firmaların adlarını qeyd edib. Maraqlıdır ki, daha öncə yayılan siyahıda gördüyümüz bir neçə firmanın adı budəfəki siyahıda yoxdur. Bu o deməkdir ki, həmin firmalar çatışmazlıqları aradan qaldırıb?

Məsələ ilə bağlı Globalinfo.az AQTA-ya sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, ikinci dəfə paylaşılan siyahı daha öncəki siyahının davamıdır:

“Bundan öncə 9 məhsulun adını açıqlamışdıq, bu dəfə isə 12 məhsul adı açıqladıq. AQTA tərəfindən mütəmadi olaraq yoxlamalar aparılır. Nə qədər ki istehsal və fəaliyyət var, o qədər də monitorinq davam edəcək”.

Zaira Akifqızı
Globalinfo.az