qehve

Qəhvə vitamin çatışmazlığına səbəb ola bilər.

Globalinfo.az xəbər verir ki, bunu dietoloq Bini Sureş deyib.

“Dəmirlə zəngin qidalarla birlikdə qəhvə içmək onun udulmasını 30-40 faiz azaldır. Bu içki həmçinin, C və B vitaminləri, kalsium və maqneziumun ifrazını da artırır. Amma vitamin çatışmazlığının qarşısını almaq olar. Bunun üçün yeməkdən ən azı bir saat əvvəl və ya sonra qəhvə içmək lazımdır. Bundan əlavə, gün ərzində 3 dəfə qəhvə içmək kifayət edər”, – deyə o bildirib.

Günel Cəlil
Globalinfo.az  

Paylaş: