305567 1

Ermənistan parlamentinin spikeri Alen Simonyan keçmiş prezident Robert Köçəryan haqda rezonans doğuran fikirlər səsləndirib.

Globalinfo.az xəbər verir ki, Simonyan onun müəyyən qanlı hadisələrdə məsuliyyət daşıdığını bildirib.

Spiker faktiki olaraq Köçəryanı terror aktında ittiham edib. O, eks-prezidentin ölkədə terror planlaşdırdığını vurğulayıb.

Köçəryana yaxın dairələr bu bəyanatı tənqid ediblər. Onların fikrincə, belə ittihamların hüquqi əsas olmadan səsləndirilməsi cəmiyyətdə əlavə gərginlik yarada bilər.

Qeyd edək ki, Xocalı qatili Robert Köçəryan həm də Ermənistanda 2008-ci ilin mart hadisələrində ittiham edilir. Belə ki, 2008-ci il martın 1-i və 2-də prezident seçkilərinin nəticələrinin saxtalaşdırılması sayəsində Serj Sərkisyanın qələbəsini tanımayan minlərlə insanın iştirak etdiyi fasiləsiz etiraz aksiyalarının hakimiyyət qüvvələri tərəfindən dağıdılması nəticəsində azı 10 nəfər, o cümlədən 2 polis əməkdaşı ölüb, 200-dən çox insan xəsarət alıb. Bu terrorda əli olan Köçəryan-Sərkisyan qruplaşması hələ də azadlıqdadır. 

Tahir Turan
Globalinfo.az

Paylaş: