Robert Köçəryan bildirib ki, Armen Sarkisyan vəzifədən ziddiyyətlər səbəbindən deyil, səhhəti ilə bağlı problemlərə görə istefa verib.
Globalinfo.az-ın xəbərinə görə, o, bu barədə seçki kampaniyası çərçivəsində keçirdiyi görüşdə səsləndirib.
Köçəryanın sözlərinə görə, Sarkisyanla bağlı əsas irad onun qərarların qəbulunu həddindən artıq uzatması olub.
“Bir vaxtlar o, Ermənistanın baş naziri idi. Müxtəlif məsələlərlə bağlı onunla əlaqə saxlayırdım, o isə hər dəfə fikirlərimi prezidentə çatdırmaqda tərəddüd edirdi. Sonuncu dəfə belə dedikdə başa düşdüm ki, Sarkisyanla yox, birbaşa prezidentlə danışmalıyam’”, — Köçəryan bildirib.
Onun sözlərinə görə, Sarkisyan məsuliyyəti üzərinə götürməkdən yayınır və qərar verməyi gecikdirirdi.
“Sonradan prezident olanda da gördük ki, məsuliyyət daşımaqdan çəkinir”.
Köçəryan həmçinin qeyd edib ki, ondan əvvəl baş nazir olan Qrant Baqratyan da səlahiyyətlərinə aid məsələlərdə prezidentə yönləndirmə etmirdi.
Əliyar Xəlil