WhatsApp Image 2024 05 03 at 12.51.07

“Korrupsiyaya Qarşı Mübarizə Komitəsində araşdırılan cinayət işi çərçivəsində 6 nəfər saxlanılıb. Onların arasında keçmiş prezident, onun oğlu və cinayət sxemlərinə cəlb olunmuş digər şəxslər də var”.

Globalinfo.az xəbər verir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində araşdırılan cinayət işi üzrə əldə edilmiş faktiki məlumatlara əsasən, Ermənistan prezidenti vəzifəsini tutmuş şəxs yaxın adamları ilə əvvəlcədən razılaşaraq, vəzifə səlahiyyətlərindən istifadə etməklə müxtəlif saxta əsaslarla dövlət mülkiyyətindən ictimai və iqtisadi əhəmiyyət daşıyan bir sıra qiymətli əmlakları ayıraraq bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağı qiymətlərlə əldə edib.

İlkin istintaq zamanı əldə edilən məlumatlara görə, əmlakların həqiqi mənsubiyyətini və cinayət yolu ilə əldə edilməsini gizlətmək məqsədilə onlar bir-biri ilə əlaqəli şirkətlərin adına rəsmiləşdirilib.

Daha sonra əldə edilmiş əmlaklar onların üzərində tikinti aparılaraq satılması, üçüncü şəxslərə özgəninkiləşdirilməsi, eləcə də sahib şirkətlərin paylarının, o cümlədən bağışlama yolu ilə, başqa şəxslərə verilməsi yolu ilə idarə olunub.”

***

Ermənistanın ikinci prezidenti Robert Köçəryan və oğlu Sedrak Köçəryan saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə yayılmış məlumatı Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi təsdiqləyib.

***

R.Köçəryanın Ofisinin rəhbəri Baqrat Mikoyan keçmiş prezidentin saxlanıldığını açıqlayıb.

Onun sözlərinə görə, Köçəryan Antikorrupsiya Komitəsinə aparılır.

***08:50

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları səhər saatlarından etibarən ölkənin keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanın evinə gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə müxalif “Ermənistan” fraksiyasının deputatı Mesrop Manukyan sosial şəbəkələrdə məlumat yayıb.

    Hadisədən bir gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət proqramının müzakirəsi zamanı müxalifətə, o cümlədən “Köçəryan klanı”na qarşı bir neçə dəfə sərt ifadələr səsləndirib.

    Paylaş: