Xocalı qatili və oğlu saxlanıldı – VİDEO / YENİLƏNİB

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan 4 polis əməkdaşını döyməkdə ittiham edilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə onun vəkili Aleksandr Koçubayev Feysbuk səhifəsində yazıb.

Vəkil Aleksandr Koçubayevin sözlərinə görə, bunlar Köçəryanı işgəncələrə və döyməyə məruz qoyan polislərdir.

O bildirib ki, müstəntiq Levon Köçəryanın həbsinə dair qərar verib.

Qeyd edək ki, Köçəryan həbs zamanı dörd polis əməkdaşı tərəfindən polis maşınında döyüldükdən sonra kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

***12:23

Ermənistanın keçmiş prezidenti, Xocalı qatili Robert Köçəryan və oğlu Levon Köçəryan saxlanılıblar.

Globalinfo.az xəbər verir ki, onların İrəvanda keçirilən kütləvi aksiyalar zamanı polis tərəfindən saxlanıldıqları bildirilir.

Qeyd edək ki, artıq 3 gündür İrəvanda aksiyalar keçirilir. Etirazçılar Nikol Paşinyanın istefasını tələb edirlər.

Ayşən Mustafa
Globalinfo.az