Köçəryanın oğlu azadlığa buraxıldı

Ermənistanın eks-prezidenti Robert Köçəryanın oğlu Levon azadlığa buraxılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

O, bu gün Mərkəzi Seçki Komissiyasının çağırdığı növbədənkənar sessiyada deputat statusu alıb.  Bununla da Köçəryanın iki aya yaxındır ki, davam edən həbs qətimkan tədbiri ləğv edilib.

Qeyd edək ki, Levon Köçəryan dörd xüsusi təyinatlı polis əməkdaşını döyməkdə ittiham edilərək həbs olunmuşdu. O, 2 aya yaxın həbsdə qalıb.