bagrat srbazan and robert kocharyan have met details v0 w2BXZFmcmBpwBEbwAH0S27UdwvXR7FTz5IClAO4V1WM

Ermənistanın ikinci prezidenti, Xocalı qatili Robert Köçəryan ötən gün Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanla görüş keçirib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.

Hazırda Qazaxın kəndlərinin təhvil verilməsinə qarşı Tavuşda keçirilən etirazların əsas lideri və siması sayılan, Baş nazir Nikol Paşinyan vəzifədən getməsi üçün əhalini hakimiyyət çevrilişinə səsləyən B.Qalstyanın keçmiş prezidentlə görüşü barədə yayılan məlumatlar ciddi müzakirələrə səbəb olub.

Bu, hazırda Ermənistanda keçirilən genişmiqyaslı aksiyaların arxasında Köçəryanın dayanmasının sübutu kimi dəyərləndirilib.

Robert Köçəryanın ofisi isə iddiaların doğru olmadığını, belə bir görüşün baş tutmadığını, məlumatların hakimiyyət tərəfindən qəsdən yayıldığını bildirib.

Buna baxmayaraq, onun Ermənistandakı etirazların arxasındakı şəxs olmasının şübhə doğurmadığı vurğulanır.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: