
“On minlərlə qarabağlı öz vətənlərinə qayıtsaydı, “artsax”ın (məhv olmuş qondarma rejim – red.) xilası mümkün olardı”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan Politoloqlar Birliyiyinin sədri Hmayak Ovannisyan deyib.
“Əsl vətənpərvərlərin çağırışlarına qulaq asaraq, Ermənistanda və xaricdə sərvət axtaran on minlərlə qarabağlı 2023-cü il sentyabrın 19-na kimi “artsax”a (dırnaq işarəsi bizə məxsusdur – red.) qayıdıb “öz doğma torpaqlarına” sahib çıxsaydı, Robert Köçəryan və Serj Sərkisyan onlara bu istiqamətdə rəhbərlik etsəydilər, Qarabağın xilası mümkün olardı”, – deyə o qeyd edib.
Qeyd edək ki, H.Ovannisyanın bu açıqlaması Qarabağda heç də deyildiyi kimi 120 min erməninin olmadığının növbəti sübutudur.
Safura Bənnayeva
Globalinfo.az