Köçəryan prosesi açıqladı: Ruslar Qarabağı tərk etməli…

Azərbaycanın əsas məqsədi regionda rusların hərbi mövcudluğunu dayandırmaqdır.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin keçmiş müavini Şavarş Köçəryan deyib.

“Hakimiyyət üçün xarici siyasət vektorunun dəyişməsi Rusiyadan Qərbə yox, Rusiyadan Türkiyəyə mənasına gələcək. Bu o deməkdir ki, ruslar Qarabağı tərk etməli, onların mövcudluğu Ermənistanda da olmamalıdır. Bütün bunlar dərinləşəcək. Biz gərək başa düşək ki, hadisələr beynəlxalq maraqların dəyişməsi kontekstində baş verir və bu da konkret maraqları olan oyunçuları daha cəsarətli addımlar atmağa vadar edir. Bu situasiyada Rusiya nəyin baş verdiyini anlayır”, – o bildirib.

Gülnar Səlimova
Globalinfo.az