Köçəryan Paşinyanı məhkəməyə verdi

1622719335

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan baş nazir Nikol Paşinyanı məhkəməyə verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik-Ermənistan” məlumat yayıb.

Köçəryan Paşinyanın 2025-ci il iyunun 5-dən sosial şəbəkədəki paylaşımında onun rüşvətxor olması və bununla bağlı artıq məhkəmə qərarının verildiyi barədə məlumatı təkzib etməsini tələb edir. Keçmiş prezident həmçinin qeyri-maddi ziyana görə Paşinyanın 6 milyon dram (15 min ABŞ dolları) ödəməsini istəyir.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl Köçəryanı rüşvətxor adlandırıb.