maxresdefault 1 1

“Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin Tiranada keçirilən görüşündəki mənzərə bizim üçün ləyaqətin itirilməsi idi”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.

O, liderlərin müzakirəsindən yayılan görüntüləri şərh edib:

“Baş nazirin görüş zamanı əyildiyi görünür. Bu, bir şəxsin tabeliyində olduğu rəisin qarşısındakı duruşuna bənzəyir. Bədən dilinə əsasən, bu, bir liderin özünü asılı və tabe tərəf kimi gördüyünün psixoloji və siyasi təzahürüdür.

Belə vəziyyətdə olan bir rəhbər ölkə üçün faydalı qərarlar qəbul edə bilməz. Xüsusilə də təhlükəsizlik və dövlətçiliklə bağlı məsələlərdə problem yaradar”.

Qeyd edək ki, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mayın 16-da Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısı çərçivəsində görüşüblər.

498315452 3914724345339733 5062436019714702271 n

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: