Qarabağı tərk edənlərin sayı kəskin artdı – Yeni rəqəm

Qarabağdan Ermənistana 53 629 nəfər köçüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan brifinqdə bildirib.

“Qarabağdan Ermənistana 10 985 avtomobil gəlib. Qeydiyyatda olan vətəndaşların sayı 35 491 nəfərdir”, – Bağdasaryan bildirib.

Paşinyanın mətbuat katibinin qeyd etdiyi kimi, vətəndaşlar Həkəri çayı üzərindəki körpüdən keçirlər, yoxlamadan keçirlər, bundan sonra onlar Qoris və Vaykda yerləşən mərkəzlərdə qeydiyyata alınırlar.

***16:11

Sentyabrın 27-si saat 15:00-a olan məlumata görə, Qarabağdan Ermənistana 50 min 243 nəfər köçüb. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan baş nazir aparatının mətbuat katibi Nazeli Baqdasaryan deyib.

Baqdasaryan bildirib ki, onlardan 5 700 nəfərin Ermənistan ərazisində yaşayış yeri ilə bağlı məsələ həll olunub.

***

Sentyabrın 27-si səhər saat 8:00-a olan məlumata görə, Qarabağdan Ermənistana 47 min 115 nəfər köçüb. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan baş nazir aparatının mətbuat katibi Nazeli Baqdasaryan deyib.

O bildirib ki, həmin şəxslər artıq sərhədi keçərək Ermənistana daxil olublar.

Qeyd edək ki, rəsmi Bakı Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edərək burada qalmalarının könüllü olduğunu, yaşamaq istəməyənlərin isə Ermənistana təhlükəsiz şəkildə köçmələri üçün lazımi şərait yaradılacağını açıqlayıb.

Ayşən Mustafa
Globalinfo.az