“Gürcü Arzusu Partiyası Avropa Birliyi ilə münasibətlərdə yenilənmə gözləyir”.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Gürcüstanın prioriteti avrointeqrasiyadır. Biz münasibətlərdə yenilənmə gözləyirik. Məncə, bu, 2025-ci ilin əvvəlində baş verəcək”, – o bildirib.
Qeyd edək ki, Gürcü Arzusunun seçkidə qələbəsi elan olunsa da, müxalifət nəticələri tanımır. Qərbdən isə son bir gündə ard-arda seçki pozuntularına dair tənqidlər səsləndirilir.
Əliyar Xəlil
Globalinfo.az