kobaxidze fb10 2

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Rusiyanı “düşmən” adlandırmaqdan imtina edib.

Globalinfo.az xəbər verir ki,  bu barədə “Minval” Telegram kanalı məlumat yayıb.

“İstəyirsiniz ki, mənim Rusiyanın düşmən olduğunu bəyan etməyim barədə mediada başlıqlar yayılsın?! Bu, konkret siyasi bəyanatdır və ardınca müəyyən addımlar atılmalıdır”, – deyə Kobaxidze jurnalistlərə cavab verib.

O vurğulayıb ki, 2008-ci il hadisələrindən əvvəl sabiq prezident Mixail Saakaşvilinin partiyası da oxşar addımlar atmışdı.

Bununla o, Rusiyanın düşmən elan edilməsini Gürcüstanın əvvəlki hakimiyyətinin siyasi kursu ilə əlaqələndirib.

Kobaxidze həmçinin qeyd edib ki, Gürcüstan ərazilərini işğal etmiş yeganə dövlət Rusiyadır.

Rusiya Gürcüstan ərazilərinin 20 faizini işğal edib. Bu faktdır və Gürcüstan dövlətinə və xalqına qarşı açıq-aşkar cinayətdir”, – o əlavə edib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: