“Brüsselin tənqidi qiymətləndirmələrinə baxmayaraq, Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqının bir hissəsi olmaq niyyətindədir”.
Globalinfo.az xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze deyib.
“Aİ Gürcüstanın daxili siyasətindən narazılığını bildirsə də, rəsmi Tbilisi Avropa kursundan əl çəkməyəcək”, – Kobaxidze vurğulayıb.
Xatırladaq ki, Gürcüstan 2022-ci ildə Aİ-yə qoşulmaq üçün müraciət edib.
Əliyar Xəlil