Gürcüstanın Tbilisi şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Azərbaycan Müdafiə Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovaninin də iştirak etdiyi görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti, regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub.
Tərəflər, həmçinin regionda sülhün və sabitliyin qorunmasının əhəmiyyətini diqqətə çatdırıb, Gürcüstan və Azərbaycan arasında müdafiə sahəsində strateji tərəfdaşlığın və əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıblar.
X X X
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovu qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Kobaxidze sosial şəbəkə hesablarında paylaşıb.
Onun sözlərinə görə, görüş zamanı ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib.
