“Gürcüstan ən güclü təzyiqlərə boyun əymədi, Rusiya Federasiyasına qarşı “ikinci cəbhə” açmadı və beləliklə sülhü qorudu”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Baş nazir Tbilisiyə böyük sistematik təzyiqlərin olduğunu bildirib:
“Biz onlara boyun əymədik, ikinci cəbhə açmadıq və ölkəni iqtisadi fəlakətə, müharibəyə apara biləcək sanksiyalara qoşulmadıq. Çox riskə gedərək ölkəmiz üçün sülhü təmin etdik”.
Əliyar Xəlil
Globalinfo.az