Irakli

Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası parlament seçkisindən sonrakı müddət üçün əsas planını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, partiya adına Baş nazir İrakli Kobaxidze çıxış edib.

O, seçkilər zamanı parlamentdə yer almaq üçün lazım olan 5%-lik baryeri yalnız Gürcü Arzusu Partiyası və Vahid Milli Hərəkatın keçəcəyini bildirib.

Bununla belə İ.Kobaxidze yenidən əhalini hakim partiyanın konstitusion üstünlük qazanması üçün səs verməyə çağırıb. Baş nazir bu halda onların eks-prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkatı partiyasını anti-konstitusion elan edə biləcəklərini deyib.

O həmçinin bildirib ki, Saakaşvilinin partiyasını ölkədə bağlatdırdıqdan sonra parlamentdəki mandatları da əllərindən alınacaq. Jurnalistin – “bəs bundan sonra parlament birpartiyalı olacaq?”, – replikasına isə baş nazir – “parlament demokratik şəkildə seçilmiş olacaq”, – sözləri ilə cavab verib.

Qeyd edək ki, Gürcüstan parlamentinə seçki oktyabrın 26-da baş tutacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: