Yeni baş nazir Azərbaycan və Ermənistan səfirləri ilə görüşdü

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri müzakirə olunub.

Həmçinin müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

O cümlədən, İrakli Kobaxidze Ermənistanın Gürcüstandakı səfiri Aşot Smbatyanla da ayrıca görüş keçirib.

Gürcüstan KİV-in məlumatına görə, bu görüşdə İrəvan və Tbilisi arasında strateji tərəfdaşlığa dair imzalanmış birgə sənədin əhəmiyyətindən danışılıb.

Ayşən Mustafa
Globalinfo.az