“2020-ci ildəki müharibədən sonra Azərbaycan Ermənistanla danışıqlar aparmır”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Tevan Poqosyan çıxış edib.
Onun sözlərinə görə, müharibədən sonra aparılan danışıqlar Bakının maraqlarının irəli sürülməsi üçün önəmli idi:
“Ermənistanla artıq heç kim danışıqlar aparmır. O, heç kimə maraqlı deyil. Çünki ölkəni məğlubiyyət psixologiyası idarə edir. Məsələn, Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bəyanatından istifadə etmədi. T.Klaar demişdi ki, sülh prosesində ona hər şeyin Aİ maraqlarına uyğun şəkildə həyata keçirilməsi tapşırılıb. İrəvanın maraqları isə hazırda az adam üçün vacibdir”.
Əliyar Xəlil
Globalinfo.az