
“ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı iki yolu var”.
Globalinfo.az xəbər verir ki, bunu Çikaqo universitetinin professoru Con Fridom deyib.
“Tramp ya Rusiyanın tələblərini qəbul etməlidir, ya da Moskva ilə danışıqlardan geri çəkilməlidir. Ağ Ev rəhbəri güman ki, Kiyevə dəstək cəhdlərindən əl çəkəcək və danışıqlar prosesində iştirakını dayandıracaq. Bununla, Avropa ölkələrinə münaqişəni təkbaşına həll etmək imkanı verəcək. Tramp ikinci Bayden olmamaq üçün belə bir addım atmalıdır”, – o bildirib.
Əliyar Xəlil
Globalinfo.az