kallas

“Moskva ilə Kiyev arasında münaqişəyə son qoymaq səylərini alqışlayırıq, lakin istənilən sülh planında Ukrayna və Avropanın razılığı olmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas deyib.

“Biz avropalılar olaraq həmişə davamlı və ədalətli sülhün tərəfdarı olmuşuq. Amma istənilən planın işləməsi üçün bura Ukrayna və Avropa da cəlb edilməlidir”.

Kallas vurğulayıb ki, Moskva sülh istəsəydi, qeyd-şərtsiz atəşkəslə razılaşardı.

Qeyd edək ki, bundan əvvəl Qərb mediası ABŞ və Rusiyanın Ukraynadakı münaqişənin həlli üçün 28 bənddən ibarət yeni plan hazırlaması barədə məlumat yaymışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: