budanov

Ukraynada milyonlarla insan səfərbərlikdən yayınır və bu məsələ açıq şəkildə müzakirə olunmur”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin rəhbəri Kirill Budanov deyib. 

Onun sözlərinə görə, bu reallıq ciddi problemdir və ordunun komplektləşdirilməsi üçün səfərbərlik davam etməlidir.

Budanov qeyd edib ki, könüllülərin böyük hissəsi artıq cəbhəyə gedib və hazırda əlavə insan resursuna ehtiyac var.

O vurğulayıb ki, kifayət qədər şəxsi heyət olmasa, cəbhənin saxlanılması mümkün deyil.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: