Ukrayna Silahlı Qüvvələri Rusiya ilə sərhəddən yüzlərlə kilometr uzaqda yerləşən Penza şəhərinə zərbə endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Penza vilayətinin qubernatoru Oleq Melnıçenko məlumat verib.
Qubernatorun sözlərinə görə, pilotsuz uçuş aparatının qalıqlarının düşdüyü ərazidə fövqəladə xidmətlərin əməkdaşları işləyir.
“Hazırda fövqəladə reaksiya xidmətlərinin fəaliyyət göstərdiyi obyektdəyəm. İlkin məlumata görə, ölən və yaralanan yoxdur”, – deyə Melnıçenko bildirib.
Onun sözlərinə görə, vilayət sakinləri arasında xəsarət alan olmayıb.
Əliyar Xəlil
Globalinfo.az