ukrayna ordusu 131

Ukraynada atəşkəslə bağlı mümkün tarixlər açıqlanıb.

Globalinfo.az  xəbər verir ki, bu barədə “Financial Times” yüksək vəzifəli Ukrayna və Qərb rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu, Pasxa bayramı və ya 9 May – Qələbə Gününə qədər baş verə bilər.

“ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin güman ki, qarşıdan gələn iki mühüm tarixdən birinə qədər atəşkəsə nail olmağa çalışacaqlar. 20 aprel və 9 may tarixləri gündəmdədir”, – analitiklər bildiriblər.

Nəşrə açıqlama verən Ukrayna rəsmisi Putinin xüsusilə Qələbə Gününə üstünlük verəcəyini istisna etməyib.

Qeyd edək ki, bundan öncə Donald Tramp Ukraynada atəşkəsin yaxın gələcəkdə mümkün olduğunu bildirib. O vurğulayıb ki, bu məqsəd əlçatmaz görünmür.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: