“Avropa ölkələri münaqişə bitdikdən sonra Kiyev üçün təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərini hazırlayıb. Onlar ABŞ-dan dəstək gözləyirlər”.
Globalinfo.az xəbər verir ki, bu barədə AFP Yelisey sarayına istinadən məlumat yayıb.
“Biz hazırıq”, – deyə Fransa Prezidenti Emmanuel Makronun sözçüsü deyib.
Qeyd edək ki, sentyabrın 4-də Parisdə “istəklilər koalisiyası”nın iclası keçiriləcək. İştirakçılar Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı təklifləri müzakirə etməyi planlaşdırırlar. Burada Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirak edəcəyi güman edilir.
Əliyar Xəlil
Globalinfo.az