Kiyev NATO-ya meydan oxudu: Qəbul edilməyəcək!

“Ukrayna NATO-ya üzvlük üçün ərazilərinin mübadiləsinə (güzəşt – red.) imkan verməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“NATO çətiri əvəzinə torpaqların mübadiləsi? Qəribədir. Yəni bilərəkdən demokratiyanın məğlubiyyəti, beynəlxalq hüququn məhvi və müharibənin mütləq şəkildə digər nəsillərə ötürülməsinə getmək…”, – deyə bildirib.

O həmçinin qeyd edib ki, NATO Rusiyaya hər hansı ərazi güzəşti barədə danışmaqdansa, silah tədarükünün sürətləndirilməsindən bəhs etməli idi.