3-4 ay ərzində yeni müharibə başlaya bilər – KİV

“Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb ki, DSX-nin bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib”.

Ordu.az xəbər verir ki, bu barədə “Sevastopol.su” yazıb.

Nəşr DSX-nin məlumatına istinadən əməliyyat nəticəsində Azərbaycan əsgərinə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postunun tamamilə darmadağın edildiyini, döyüş mövqelərinin susdurulduğunu bildirib.

“Artıq Ermənistanda çoxları vəziyyəti başa düşür. Amma heç nə edə bilmirlər, ölkə Soros strukturlarının əlindədir. Erməni ekspertlərin bir sıra proqnozlarına görə, hər şey göründüyündən də pisdir, yaxın 3-4 ay ərzində yeni müharibə baş verə bilər”, – deyə nəşr qeyd edib.

Nəşr vurğulayıb ki, bu müddət Azərbaycanın həm informasiya müharibəsinə, həm də hərbi əməliyyatlara hazırlaşması üçün kifayətdir.