Yanvar iğtişaşları: Əfqan döyüşçüləri türk ölkəsinə girəcəkmiş

“Yanvar iğtişaşları zamanı Əfqanıstan və Suriyadan döyüşçülər Qazaxıstana gəlməyə hazırlaşıb”.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın dövlət televiziyasında yayımlanan “Qantar. çevrilişə cəhd. Bu necə oldu?” filmində bildirilib.

Qeyd edilib ki, çevrilişə cəhdi yüksək vəzifəli şəxslər, o cümlədən təhlükəsizlik qüvvələrinin rəhbərləri hazırlayıb.

“Biz 3 inkişaf dalğasını planlaşdırdıq. Dinc mitinqlərə təhrik etdilər, sonra isə talan və yandırma ilə etirazları radikal istiqamətə çevirdilər. Üçüncü dalğada cinayətkarlar və terrorçular hərəkətə keçdi. Dördüncü dalğa da planlaşdırılırdı – yuxuda olan radikal hüceyrələrin artması. Əfqanıstan və Suriyadan bir sıra terror təşkilatlarının liderləri öz döyüşçülərini Qazaxıstana göndərməyi planlaşdırırdılar”, – filmdə deyilib.