KİV: “Barselona” – “İnter” oyunu təxirə salına bilər

237bd0e3 1ae0 3c10 bfa3 164072ceff4c 850

İspaniyanın “Barselona” və İtaliyanın “İnter” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu təxirə salına bilər.

Globalinfo.az  xəbər verir ki, bu barədə “El Desmarque” nəşri məlumat yayıb.

Buna İspaniyada elektrik enerjisinin kəsintisi səbəb ola bilər. Milan təmsilçisinin bu gün günortadan sonra Kataloniyaya çatacağı gözlənilir. Lakin onların səfəri baş tutmaya da bilər.

Qeyd edək ki, qarşılaşma aprelin 30-da, Bakı vaxtı ilə saat 23:00-da başlamalıdır.