Kissincerdən Ukrayna haqda riskli mesaj: Artıq vaxtdır!

Ukrayna artıq NATO-nun bir hissəsi olmağa layiqdir.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Davos Forumunda çıxışı zamanı deyib.

“Bu müharibəyə qədər mən Ukraynanın NATO üzvlüyünə qarşı idim, çünki indi müşahidə etdiyimiz prosesin başlayacağından qorxurdum. İndi bu prosesin belə səviyyəyə çatdığı dönəmdə Ukraynanın neytral olması ideyasının heç bir mənası qalmır. Yekunda o, gərək NATO zəmanəti alsın. İndi Ukraynanın NATO-ya üzvlüyü qəbulolunandır”, – o bildirib.

Kissincer Rusiya ilə dialoqun saxlanmasının vacib olduğuna inandığını qeyd edib. O, Rusiyanın hər şeyə rəğmən nüvə silahına sahib olan böyük ölkə olduğunu söyləyib.

Gülnar Səlimova
Globalinfo.az