Kişilər qadınlardan niyə az yaşayır? – Səbəb

Rusiyanın əməkdar həkimi, professor Olqa Şarapova bütün dünyada kişilərin niyə qadınlardan xeyli az yaşadığını açıqlayıb.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, həkimin sözlərinə görə, bu, digər amillərlə yanaşı, kişilərdə orqanların ətrafında toplanan piylərin daxili orqanların piyinə çevrilməsi və ürək-damar xəstəliklərinin inkişaf riskinin artması səbəbindən baş verir.

Həkim əlavə edib ki, mümkün səbəblər arasında həm bioloji, həm də davranış fərqləri var. Kişilər, statistikaya görə, diqqətsiz davranışlara daha çox meyllidirlər.

Mütəxəssis vurğulayıb ki, kişilər öz sağlamlıqlarına məsuliyyətlə yanaşaraq orta ömür uzunluğundakı fərqi xeyli azalda bilərlər.