Kişi məscidin pəncərəsindən yıxılıb xəsarət aldı

Sabirabad rayon sakini məscidin pəncərəsindən yıxılaraq xəsarət alıb.

Globalinfo.az-ın “Report”a istinadən məlumatına görə, hadisə rayon mərkəzindəki “Şamaxı” adlanan məsciddə baş verib.

Belə ki, Sabirabad şəhər sakini, 1979-cu il təvəllüdlü Məmmədova Adilə Yosət qızı məscidin pəncərəsini təmizləyərkən hündürlükdən yıxılıb. Hadisə zamanı qadın müxtəlif dərəcəli xəsarətlər alıb.

A.Məmmədova Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.