Yuta ştatının qubernatoru Spenser Koks Amerikalı siyasi fəal Çarli Kirkin ehtimal edilən qatili Tiler Robinsonun saxlanıldığını təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, mətbuat konfransı zamanı məlumat verib.
“Biz onu tutduq”, – deyə qubernator mətbuat konfransına başlayıb.
O, həmçinin şübhəlinin adını da açıqlayıb. Həmin ad daha əvvəl “The New York Post” tərəfindən də yayımlanıb – Tiler Robinson.
Qubernatorun sözlərinə görə, sentyabrın 11-i axşamı Robinsonun ailə üzvü bir ailə dostu ilə əlaqə saxlayıb və bu barədə Vaşinqton dairəsi şerif idarəsinə məlumat ötürülüb.
Aysel Əliyeva
Globalinfo.az