Türklərlə Kiprdə bacarmadılar, bizə kömək edəcək?! – Şarmazanov

“Baş nazir Nikol Paşinyanın sülhə aidiyyəti yoxdur, o, Ermənistanı tənəzzülə aparır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş sədr müavini Eduard Şarmazanov deyib.

O, Nikol Paşinyanın məqsədinin sülh olmadığını bildirib:

“Nikol 2018-2020-ci illərdə sülh üçün heç bir iş görmədi. Əksinə, yalançı vətənpərvərlik məzmununda tezisləri ilə bizi müharibəyə cəlb etdi. Azərbaycanın Şuşanı geri almasında şəxsən rolu var. Lakin Rusiyanın təsirindən uzaqlaşmaq üçün bütün baş verənlərdə Moskvanı ittiham etməyi seçdi. Nikol Paşinyanın məqsədi ümumiyyətlə sülh deyil. Əsas hədəf Ermənistanın geosiyasi vektorunu dəyişmək və Rusiyadan qurtulmaqdır. İndi də Avropa İttifaqına yaxınlaşmağa çalışır. Lakin düşünmür ki, Aİ Kipr məsələsində Türkiyə ilə mübarizə apara bilmədi, indi Ermənistana kömək edə biləcək?”

Əliyar Xəlil
Globalinfo.az