Kino ittifaqlarının rəsmi birləşməsinin tarixi bilindi

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransının vaxtı məlum olub.

Globalinfo.az-ın xəbərinə görə, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi rejissor Əlisa Cabbarov APA-nın sorğusuna cavab olaraq bildirib ki, konfrans 5 mart tarixində keçiriləcək.

“Konfransın gündəliyində duran məsələlərə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi və eləcə də ona sədr və idarə heyətinin seçilməsi daxildir”, – katib qeyd edib.

Onun sözlərinə görə, hələlik sədr postuna elan edilən tək namizəd Xalq artisti Rasim Balayevdir: “Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının namizədidir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı da, sözsüz, öz namizədini elə konfransda da elan edə bilər”.