WhatsApp Image 2024 09 16 at 11.05.18

Uşaq evinin birinci sinfə gedən uşaqlarını məktəbə Ahıllar evinin sakinləri aparıb.

Globalinfo.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinlərindən 7 nəfər uşaq bu gün birinci sinfə gedib.

Birinci sinfə gedən uşaq evinin azyaşlı sakinlərini agentliyin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində yaşayan ahıllar müşayiət edərək məktəbə aparıblar.

Ahıllar məktəbliləri ilk dərs günü münasibətilə təbrik edib, onlara gələcək məktəb həyatında uğurlar arzulayıblar.

WhatsApp Image 2024 09 16 at 11.05.17

Paylaş: