Amerikalı dünyaca məşhur repçi, bəstəkar Kanye Uest Rusiyada konsert verəcək.
Globalinfo.az xəbər verir ki, konsert 10-11 oktyabr tarixlərində Sankt-Peterburqdakı Qazprom Arenada baş tutacaq.
Məlumata görə, repçi Rusiyaya səfəri zamanı Prezident Vladimir Putinlə görüşmək istəyir. Lakin bunun baş tutub-tutmayacağı bəlli deyil.
Bilet qiymətlərinin 9 min və 160 min rubl arası dəyişdiyi deyilir.
Qeyd edək ki, Kanye Uest erməni əsilli amerikalı şou ulduzu Kim Kardaşyanın keçmiş həyat yoldaşıdır.
Əliyar Xəlil
Globalinfo.az