kim 1 2

Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) lideri Kim Çen İn təhlükəsizlik qarantı kimi nüvə texnologiyalarının inkişafını partiya və dövlət üçün prioritet məsələ adlandırıb.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Kim Çen İn nüvə sənayesi işçiləri ilə görüşdə bildirib.

“Partiyamız və hökumətimiz prioritet olaraq nüvə texnologiyaları sənayesini davamlı inkişafı üçün bütün imkanlar və şəraitlə təmin etməyə davam edəcək və dəstəkləyəcək”, – deyə o qeyd edib.

“Dövlətimizin təhlükəsizliyini, suverenliyini, maraqlarını və inkişaf hüququnu etibarlı şəkildə təmin edəcək nüvə qalxanımızı və qılıncımızı davamlı olaraq möhkəmləndirməli və yeniləməliyik”, – deyə Kim Çen İn vurğulayıb.

Paylaş: