pit

Şimali Koreya Pentaqon rəhbərinin səfəri zamanı Cənubi Koreya ilə sərhədə 10 raket atıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Younhap” xəbər agentliyi Cənubi Koreyanın hərbi rəsmilərinə istinadən məlumat yayıb.

“Hazırda buraxılışların təhlili aparılır”, – deyə bildirilib.

“Hərbçilərimiz Şimali Koreyanın hərəkətlərini diqqətlə izləyir, Koreya Respublikası və ABŞ arasında birgə döyüş hazırlığını yüksək səviyyədə saxlayır”, – Koreya Respublikasının Birləşmiş Qərargah Rəislərinin bəyanatında qeyd olunub.

Xatırladaq ki, Pentaqonun rəhbəri Pit Heqset Şimali Koreya və Cənubi Koreya ilə sərhəddəki hərbisizləşdirilmişı zonaya (DMZ) gedib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: