Kim Çen İnin qızı ilə bağlı maraqlı faktlar

Şimali Koreya lideri Kim Çen İnin on yaşlı qızı rəsm çəkməyi və at sürməyi sevir.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu həftə Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti ölkə deputatları üçün xüsusi qapalı brifinq keçirib və bu brifinqdə KXDR rəhbərinin qızı Kim Çju E, eləcə də rəhbərin digər övladları barədə məlumat verib.

Belə ki, xidmətin başçısı Kim Kyo-Hyun bildirib ki, məlumatlara görə, qız heç vaxt adi təhsil müəssisələrinə getməyib və evdə təhsil alır.

“Onun hobbiləri at sürmək, üzgüçülük və xizək sürməkdir. Bizdə məlumat var ki, Kim Çen İn qızının at sürmə bacarığından çox razıdır”, – Cənubi Koreya kəşfiyyatının rəhbəri bildirib.

O, həmçinin qeyd edib ki, qız, ehtimal ki, Kim Çen İnin üç uşağının ikincisidir. Onun heç vaxt ictimaiyyət arasında görünməyən böyük bir qardaşı olduğu məlumdur. Bununla əlaqədar olaraq, əvvəllər oğlanın əqli və ya fiziki anormallıqlardan əziyyət çəkə biləcəyi barədə şayiələr var idi, lakin Cənubi Koreya kəşfiyyatında bu məlumatı təsdiqləyən etibarlı mənbə yoxdur.