Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinə misli görünməmiş güclü cavab verəcəyi ilə bağlı xəbərdarlıq edib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Pxenyan hərbi təlimləri özünə qarşı müharibə hazırlığı və işğalın məşqi kimi qiymətləndirib.
“ABŞ və Seul hərbi təlimlərdə irəli getsələr, onlar misli görünməmiş əsaslı və güclü əks-reaksiya ilə üzləşəcəklər”, – Şimali Koreyanın bəyanatında deyilib.
Cənubi Koreyanın Müdafiə Nazirliyinin məlumatına görə, gələn həftə keçirilməsi planlaşdırılan birgə hərbi təlimlərdə Pxenyanın nüvə hücumu zamanı ABŞ-ın nüvə vasitələri ilə birgə planlama, birgə idarə və birgə cavab tədbirlərinə fokuslanılacaq.