Kim Çen İn Rusiyada baletə baxdı – VİDEO

Rusiyada səfərdə olan Şimali Koreya lideri Kim Çen İn Vladivostokdakı Mariinski Teatrında “Yatmış gözəl” baletinə baxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyi teleqram kanalında məlumat yayıb.

Nazirliyin məlumatına görə, Kim Çen İni səfərdə Rusiya-KXDR Hökumətlərarası Komissiyasının sədri Aleksandr Kozlov və Primorsk diyarının qubernatoru Oleq Kojemyako müşayiət edir.