Kim Çen İn özünə yeni maşın aldı – FOTO

Şimali Koreya lideri Kim Çen İn BMT Təhlükəsizlik Şurasının dəbdəbəli mallara qarşı tətbiq etdiyi sanksiyalardan yayınmaq şəxsi avtomobilini “Maybach” markalı avtomobilə dəyişib.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, bu avtomobillə Şimali Koreya lideri Pxenyanda keçirilən Ümumrespublika Analar Konqresinə gəlib.

“Diqqətlə baxsanız, arxa qapıda “Maybach” brendini və baqajda S650 hərfini görə bilərsiniz. Görünür, bu, 2019-cu ildə buraxılmış yeni “Mercedes-Maybach” avtomobilidir”, – materialda deyilir.

Kim Çen İnin sentyabrda Rusiyaya səfəri zamanı köhnə avtomobilindən istifadə etdiyi məlum olub.

Şəxsi avtomobilini dəyişib "Maybach” aldı: Sanksiyalara baxmayaraq