52f296c87f7b0c3389e3bc6f7c97f0602

Yanvarın 15-də Konqo Demokratik Respublikasında kilsənin partladılması nəticəsində 5 nəfər həlak olub.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Uqanda sərhədi yaxınlığındakı Kasindidə yerləşən protestant kilsəsində baş verib.

Son məlumatlara görə, insident nəticəsində daha 15 nəfər yaralanıb.

İlkin versiyaya görə, terror aktını radikal yaraqlılar qrupu təşkil edib.

Paylaş: