Kılıçdaroğlu bu fotoya görə üzr istədi

Türkiyə müxalifətinin prezidentliyə namizədi, CHP sədri Kamal Kılıçdaroğlunun foto çəkdirərkən namaz xalçasının üzərində durması birmənalı qarşılanmayıb.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntü sərt tənqid edilib.

İftardan sonra çəkilən foto həm hökumət rəsmilərinin, həm də sadə vətəndaşların reaksiyasına səbəb olub.

Daha sonra Kılıçdaroğlu özünün sosial media hesabında namaz xalçasını görmədiyini bildirib və buna görə üzr istəyib.