Kılıçdaroğlunun bu addımı bizi məyus etdi – Babacan

Biz altı partiya olaraq bu ölkəni heç bir dava-dalaş olmadan, təhlükəsiz şəkildə idarə edəcəyimizlə bağlı vətəndaşlarımıza lazımi inamı verə bilmədik.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin DEVA Partiyasının sədri Əli Babacan seçkilərdəki məğlubiyyətlə bağlı danışarkən deyib.

Babacan eyni zamanda bildirib ki, CHP lideri Kamal Kılıçdaroğlunun seçkinin 2-ci turunda “Altılı masa”dan xəbərsiz Zəfər Partiyasının sədri Ümid Özdağla razılığa gəlməsi onları məyus edib:

“Kılıçdaroğlunun bu addımı “Altılı masa”nın qanunlarına zidd hərəkət idi”.