CHP-dən açıqlama: Kılıçdaroğlunun Azərbaycanla bağlı xəritəsi…

Xəbər verdiyimiz kimi, Türkiyə prezidentliyinə namizəd, CHP lideri Kamal Kılıçdaroğlu seçkiöncəsi “böyük layihə” adı altında video müraciət yayıb. Sözügedən videoda Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə canlandıracağını vəd etdiyi “Yeni İpək Yolu” haqqında xəritə əks olunub.

Globalinfo.az xəbər verir ki, modern.az-ın əməkdaşı xəritə məsələsinə aydınlıq gətirmək üçün Cümhuriyyət Xalq Partiyasının (CHP) mövqeyini öyrənməyə çalışıb.

CHP-nin hazırkı deputatı Atilla Sertel saytımıza açıqlamasında bildirib ki, “Millət ittifaqı” hakimiyyətə gəldikdən sonra Azərbaycanla əlaqələrdə dəyişiklik olmayacaq.

“Məlum video partiya sədri tərəfindən ötən gün axşam saatlarına paylaşılıb. Mən də sizin bildiyiniz qədər məlumatlıyam. Bildirim ki, partiya hakimiyyətə gəldikdən sonra Azərbaycanla əlaqələr həmişəki kimi olacaq. İndikindən güclü olaraq qalacaq”, – deputat vurğulayıb.