Kılıçdaroğludan Özgür Özəllə bağlı maraqlı paylaşım

“Ulu Öndərimiz Atatürkün etibarını bu günə qədər şərəflə daşımışam. Bu gün qurultay nümayəndələrimizin verdiyi qərarla sədrlik postunu təhvil verirəm”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Kamal Kılıçdaroğlu X sosial şəbəkə hesabında CHP-nin 38-ci növbədənkənar qurultayında sədr seçilən Özgür Özəli təbrik edərkən yazıb.

“Bu günə qədər mübarizəmizə dəstək olan hər kəsə təşəkkür edirəm. Yeni seçilən sədrimiz Özgür Özəli təbrik edir, uğurlar arzulayıram”, – Kılıçdaroğlu bildirib.

Globalinfo.az